İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Premyer Liqanın 19-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.
“Sabah” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Zirə” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununun 9-cu dəqiqəsində “Turan Tovuz” klubunun 88 nömrəli futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.