“Roma”nın sabiq futbolçusu Françesko Tottinin böyük oğlu Kristian “Frozinone” ilə müqaviləsini ləğv edib. O, İspaniyanın “Rayo Valyekano” klubuna keçib.

18 yaşlı futbolçu artıq yeni komandası ilə ilk məşqinə də çıxıb. “Roma”nın akademiyasının yetirməsi hücumçu mövqeyində çıxış edir.

“Rayo Valyekano” 20 oyundan 23 xal toplayaraq İspaniya çempionatında 13-cü yerdədir.

Shares: