Britaniyalı Oliver Birman bu il “Ferrari” komandasının ehtiyat pilotu olacaq. Bu barədə İtaliya komandası məlumat verib. Birman ötən il Formula 2-də çıxış edirdi.

Ondan başqa Robert Şvartsan və Antonio Covinassi də ehtiyat pilot funksiyasını yerinə yetirəcəklər.

Xatırladaq ki, Birman keçən il iki dəfə “Haas” komandasının bolidinin sükanı arxasına əyləşərək sərbəst yürüşlərdə iştirak etmişdi.

“Ferrari” komandasının əsas pilotları Karlos Sayns və Şarl Leklerdir. Bir neçə gün əvvəl komanda Leklerlə müqaviləni 2029-cu ilə qədər artırıb.

Shares: