Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə iki qarşılaşma baş tutacaq.
“Araz-Naxçıvan” Mərdəkanda “Sumqayıt”ı qəbul edəcək.
“Neftçi” isə autsayder “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, daha öncə “Turan Tovuz” “Səbail”i 3:1 hesabıyla məğlub edib, “Kəpəz” “Qarabağ”a (1:2), “Zirə” isə “Sabah”a (0:1) uduzub.
Misli Premyer Liqası
20-ci tur
28 yanvar
“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev
“Dalğa Arena”, 15:00
“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli
“Neftçi Arena”, 17:30