Asiya kubokunda 1/8 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, bu gün 2 görüş baş tutub.
Avstraliya millisi İndoneziyanı 4 cavabsız qolla yenib. Tacikistan yığması isə Birləşmiş Ərəb Əmirlikləri ilə oyunda penaltilərlə mərhələ adlayan tərəf olub.
Asiya Kuboku
1/8 final
28 yanvar
Avstraliya – İndoneziya 4:0
Qollar: Baqqott, 12-öz qapısına. Boyle, 45. Qudvin, 89. Souttar, 90+1.
Tacikistan – BƏƏ 1:1 (penaltilər – 5:3)
Qollar: Xanonov, 30 – Əl-Hammadi, 90+5.