Şirvan Olimpiya İdman Kompleksində 8, 10, 12, 14 və 16 yaşlı şahmatçı oğlan və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.
Yarışın açılış mərasimində dövlət himnimiz səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra mübarizə başlayıb.
Seçmə yarışlarda ölkənin 36 şəhər və rayonundan müvafiq yaş qrupuna uyğun 284 yeniyetmə şahmatçı iştirak edir. Hər yaş qrupunda yüksək nəticə göstərən şahmatçılar iyun ayında keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanacaqlar.
Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur. Azərbaycan çempionatının seçmə yarışları fevralın 3-də başa çatacaq.
BƏHRUZ MUSAYEV, ŞİRVAN