“Sevilya”nın müdafiəçisi Serxio Ramos La Liqada oyun sayına görə Lionel Messini geridə qoyub.
Futbolinfo.az xəbər verir ki, ispaniyalı müdafiəçi buna “Osasuna” ilə heç-heçə (1:1) etdikləri 22-ci turun matçında iştirak etməklə nail olub.
O, çempionatda 521-ci matçını keçirib. Messi 520 görüşdə meydanda olub.
La Liqada oyun sayına görə rekordçular Andoni Subisarreta və Xoakin Sançesdir (hər ikisi 622 oyun).
Serxio Ramos İspaniyada “Real”ın uğurları üçün də çalışıb.