Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun gününün ilk qarşılaşması Bayılda baş tutub.

Burada “Səbail” “Zirə”ni qəbul edib. Üç qolun qeydə alındığı oyun “Zirə”nin qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu “Sabah”la “Qarabağ” arasında baş tutacaq.

“Araz-Naxçıvan” – “Qəbələ” və “Sumqayıt” – “Neftçi” oyunları sabah keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları 

30 yanvar

“Səbail” – “Zirə” 1:2
Qollar: Aleksandr Ramalinqom, 70 – Anas Najah, 48-öz qapısına. Ruan Renato, 59.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
“ASCO Arena”, 15:00

Səbail: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 8. Bahadur Həziyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov,, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Aka, 4. Ruan Renato, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular, 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli
Baş məşqçi: Rəşad Sadıqov

Shares: