Bu mövsüm La liqada ilk 4 yerdən birini tuta bilməyəcəyi halda “Barselona” klubunun gələn il üçün büdcəsinin təxminən 50 milyon avro az olacağı bildirilir. Bu barədə İspaniya mətbuatı məlumat verib.

Blauqrana Çempionlar liqasının 2024/2025 mövsümünə vəsiqə qazana bilməsə, qrup mərhələsində iştirak üçün 15,7 milyon avro, turnirin yeni formatdakı səkkiz oyunu üçün 25 milyon avrodan olacaq. Bundan başqa turnirin pley-off mərhələsinə çıxması üçün 9,6 milyon avro bonusdan da məhrum ola bilər.

Həmçinin, “Barselona”, cari mövsümün sonunda La Liqada ikinci yerdən aşağıda qərarlaşarsa, İspaniya Superkuboku uğrunda turnirə vəsiqəni əldən verəcək. Bu da əlavə 6 milyon avro deməkdir. Daha bir itki yeni formatda keçiriləcək klublararası dünya çempionatına görə ola bilər. Komanda orada iştirak edə bilməsə, 50 milyon avrodan olacaq.

Bundan başqa, “blauqrana” hazırkı Çempionlar liqasının 1/8 finalında “Napoli” səddini keçə bilməsə, 1/4 final üçün nəzərdə tutulan 10,6 milyon avronu da büdcəsinə qata bilməyəcək.

Shares: