AFFA milli komandaların baş məşqçiləri ilə yeni müqavilə bağlayıb. Aşağı yaş qrupları üzrə yığmalara rəhbərlik edən mütəxəssislər müvəqqəti olaraq postunda saxlanılıb.

Futbolinfo.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsi yanvarın 11-də Gəncədə bir araya gəlib növbəti iclasını keçirməliydi. Gündəlikdəki məsələlərdən biri məhz aşağı yaş qrupu üzrə yığmaların məşqçilərinin təyinatı idi. Məlum səbəblərdən iclas qeyri-müəyyən müddətə təxirə salındığından, qurum rəhbərliyi daxili əmr verməli olub.

Belə ki, İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşmədiyindən, yığmaların başsız qalmaması üçün komandaların əvvəlki məşqçiləri daha 3 ay müddətində postunda saxlanılıb. İK yığışdıqdan sonra onlardan kiminlə yola davam ediləcəyi, kimlərin başqasıyla əvəzlənəcəyi dəqiqləşəcək.

Shares: