“Liverpul”un baş məşqçisi Yürgen Klopp baş tutmayan transferlər barədə danışıb. Bir müddət öncə yayda klubdan ayrılacağını açıqlayan mütəxəssis, yarımmüdafiə xəttinə seçim zamanı çətinli çəkdiyni etraf edib.
Alman mütəxəssisin ən böyük hədəfi Cud Bellingem imiş: “Amma elə ilk cəhddən İngiltərə millisinin üzvünü gətirə bilməyəcəyimiz anladıq. O, “Real”ı seçmişdi, vaxt itirməyə dəyməzdi. Moyzes Kaysedonun transferini həll edə biləcəyimizi düşündük. Lakin bu futbolçunun “Çelsi”nin baş məşqçisi Mauritsio Poçettino ilə duyğusal bir anlaşması vardı”.
Romeo Laviyanı futbolçunun şəxsi səbəblər üzündən imtinasına görə transfer edə bilmədiklərini deyən Klopp məyus deyil: “Çünki bu imtinalardan sonra başqa birini tapdıq. Endo Vatarunu razı saldığımız üçün şanslıyıq. O, qısa müddətdə bizə necə faydalı olduğunu isbatladı”.