Erik ten Haq Markus Reşfordla bağlı qalmaqalın başa çatdığını bildirib. “Mançester Yunayted”in baş məşqçisi intizam qaydalarını pozan, bu üzdən böyük məbləğdə cərimələnən hücumçunun işinə əvvəlki qaydada davam edəcəyini söyləyib.

Futbolinfo.az xəbər verir ki, Reşford bir müddət zədəli olduğunu əsas gətirərək komandanın məşqinə qatılmamışdı. Amma həmin müddətdə onun gecə klubunda olduğu üzə çıxmışdı. Klub bu səbəbdən onu böyük məbləğdə cərimələmişdi.

Niderlandlı mütəxəssis məsələyə nöqtə qoyub: “Reşfordla bağlı olay yekunlaşdı. Markus məsuliyyəti üzərinə götürdü. Bundan sonra olacaqlar bizim daxili işimizdir. Onun etdiyi hörmətsizlik deyil. Səhv etdiyini anladı. Bundan sonra matçlarda qalib gəlməyə köklənməliyik”.

Shares: