İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 20-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz-2” – “Səbail-2” oyununun 72-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 18 nömrəli futbolçusu Budaq Nəsirov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Səbail-2” oyununun 72-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 12 nömrəli qapıçısı Elxan Qasımov təcavüzkar davranışa (komanda yoldaşını vurduğu üçün) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilib.

“Zirə-2” – “Sabah-2” oyununun 50-ci dəqiqəsində “Zirə-2” komandasının 93 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.

“Zirə-2” – “Sabah-2” oyununun 90+3-cü dəqiqəsində “Zirə-2” komandasının 52 nömrəli futbolçusu Emil Bayramov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.

“Zirə-2” – “Sabah-2” oyununda PFL Əsasnaməsinin tələbi pozulduğu üçün “Zirə-2” komandası 50 manat cərimə edilib.

“Qarabağ-2” – “Kəpəz-2” oyununun 52-ci dəqiqəsində “Qarabağ-2” komandasının 47 nömrəli futbolçusu Musa Musazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Qarabağ-2” komandası 300 manat cərimə edilib.

“Qarabağ-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyanlar olmadığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilib.

“Neftçi-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qəbələ-2” komandası 70 manat cərimə edilib.

Shares: