Yaxın bir neçə gün ərzində Lyuis Həmilton “Ferrari” ilə müqavilə imzalayacaq. Bu barədə İspaniyanın AS qəzeti məlumat verib.
Mənbənin xəbərinə görə, yeddiqat dünya çempionu 2025-ci ildən etibarən İtaliya komandasında çıxış edəcək. Hazırda britaniyalı pilot “Ferrari” ilə müqavilənin son şərtlərini razılaşdırır.
Lyuisin “Mersedes”lə müqaviləsi 1+1 sxemi üzrə imzalanıb. Buna görə də o, gələn il sərbəst qala biləcək.
Xatırladaq ki, son çempionatda Həmilton 234 xal toplayaraq 3-cü yeri tutmuşdu.