AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən klubların tibb sahəsində çalışan əməkdaşlarının və lisenziyalaşdırma üzrə menecerlərinin iştirakı ilə Tibbi məsələlər üzrə onlayn seminar təşkil olunub.
Futbolinfo.az xəbər verir ki, tədbirə Premyer Liqa, I Liqa, II Liqa və AFFA Yüksək Qızlar Liqası yarışlarında çıxış edən komandaların nümayəndələri qatılıblar.
Seminarda aşağıdakı mövzular üzrə təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb:
- Lisenziyalaşdırma sistemi barədə ümumi məlumat;
- Lisenziyalaşdırma qaydalarına əsasən tibb sahəsinə aid meyar və tələblər:
- Tibbi sahəsində çalışan əməkdaşların tələb olunan minimum ixtisasları;
- Gənc oyunçular üçün təşkil olunmalı anti-dopinq təlimlərinin təşkili;
- Peşəkar oyunçuların və akademiya üzvləri üçün illik tibbi baxışları ilə bağlı tələblər;
- Oyunçuların tibbi kartları və bu kartların yenilənməsi ilə bağlı tələblər;
- Stadionda tibb otağı, dopinq testləri otağı və bu otaqlarda tələb olunan ləvazimatlar;
- Tibbi məsələlərə aid sənədlərin təqdim olunması üçün son tarixlər.