Bu gün “Sabah”ın baş məşqçisi Murad Musayev istefa verdiyini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis Rusiya mətbuatına açıqlamasında ayrılma səbəbini deyib:

“Son iki mövsümdə “Sabah” kifayət qədər parlaq oynadı və yaxşı nəticələr göstərdi. Komandanın çoxlu qələbələri olub. İndi hər matça çıxdığımız ehtirası itirmişik. Düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Avropa yarışlarına vəsiqə qazanmaq və mövsümü yaxşı başa vurmaq üçün bütün ilkin şərtlər var. Bu, çətin qərardır, lakin mən düşündüm ki, ayrılığım komandaya fayda verəcək”.

Musayev 2021-ci ilin noyabr ayından “Sabah”ın baş məşqçisi kimi çalışırdı. Komandamız rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). “Sabah” ölkə çempionatının 2022/23-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Shares: