Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində seleksiya işlərini davam etdirir.

Futbolinfo.az xəbər verir ki, federasiya nümayəndələri bu məqsədlə Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olublar.

Mütəxəssislər həmin rayonlarda yerləşən orta məktəblərdə olub, həmçinin voleybol məşqlərində iştirak ediblər. Onlar uşaqlara voleybol haqqında ətraflı məlumatlar verib, bu idman növünün ölkəmizdə inkişafından danışıblar.

Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.

Shares: