Nil Uornok “Aberdin”in yeni baş məşqçisi təyin olunub. O, mövsümün sonunadək Şotlandiya klubuna rəhbərlik edəcək.

Futbolinfo.az xəbər verir ki, bu təyinatın ən maraqlı tərəfi Uornokun 17-ci iş yerinə gəlişidir. 75 yaşlı ingilis mütəxəssis indiyədək 17 fərqli klubda iş başında olub. İngiltərənin müxtəlif liqalarında işləmiş mütəxəssis heç vaxt Britaniyanı tərk etməyib.

Uornok 1980-ci ildən məşqçilik edir.

Shares: