“Real”ın futbolçusu Vinisius Junior ardıcıl ikinci La Liqa matçını buraxa bilər.

Futbolinfo.az AS-a istinadən xəbər verir ki, o, ölkə çempionatında “Atletiko” ilə oyundan (1:1) əvvəl isinmə hərəkətləri zamanı zədələnib.

Baş məşqçi Karlo Ançelotti bildirib ki, braziliyalı oyunçunun boynunda narahatlıq var.

Bu gün Vinisius məşq etməyib və fizioterapevtlərlə işləyib. Klub futbolçunun fevralın 10-da “Jirona” ilə oyuna hazır olacağına ümid edir, lakin onun matçda iştirakı hələ də şübhə altındadır.

23 yaşlı futbolçu La Liqada 14 oyuna çıxıb və 6 qol vurub.

“Real” La Liqada 58 xalla 1-ci, “Jirona” 56 xalla 2-cidir.

Shares: