Son zamanlar Formula 1-də bir neçə komanda titul sponsoru ilə müqavilə bağlayaraq adını dəyişib. “Williams” komandasının rəhbəri Ceyms Voulz belə bir dəyişikliyin onlarda olmayacağını bildirib.
O, deyib: “Williams” avtoidmanda ən böyük brendlərdən biridir. Nə mənim, nə də komanda sahiblərinin bunu dəyişməyə istəyi yoxdur. Bu, bizim üçün vacibdir.
Frank Uilyams və onun irsi bizimlə qalır. Avtomobilin dizaynında onun loqosu var. Mən onun orada olmasını çox istəyirdim. Mən buraya onu əvəz etmək üçün deyil, Frenkin irsini davam etdirmək üçün gəlmişəm”.