“Milan”ın baş məşqçi postuna daha bir namizədin adı bəlli olub. “Rossonyerlər” Xulen Lopeteqi ilə yola davam edə bilər.

Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda Stefano Pioli ilə yollarını ayıracağı gözlənilən İtaliya nəhənginin adı ətrafında bir neçə mütəxəssisin namizədliyi hallanır. Antonio Kontenin təklifdən imtina etdiyi dəqiqdir, digərləri ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Lopeteqi variantı isə rəhbərliyin diqqətini çəkib. İspaniyadakı işi ilə tanınan mütəxəssis, böyük layihəyə layiq bilinir, milanlılar onun güclü komanda qura biləcəyinə əmindir.

57 yaşlı məşqçi vətənində əsas komanda da daxil olmaqla, müxtəlif yığmalarda və klublarda işləyib. “Real”da uğurlu olmayan Xulen, “Sevilya”da özünü doğruldub, ötən yay “Vulverhempton”dan isə rəhbərliklə fikir ayrılığı üzündən ayrılıb.

Shares: