Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ” ilə qarşılaşan və məğlub olaraq mübarizəni dayandıran “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Xüsusilə də birinci hissə haqda çox danışmaq istəmirəm. İstər Premyer Liqada, istərsə də kubok oyunlarında irəli getmək istəyən komanda belə sadə, bəsit qollar buraxmamalıdır. Çünki bu cür qoldan sonra psixoloji gərginlik yaranır. Artıq bir yolumuz var, çempionata diqqət yetirməliyik. Məncə, komanda toparlanacaq. Qarşıdakı matçlarda daha yaxşı oyun gözləyirəm”.