Futbol üzrə Asiya Kubokuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün baş tutan final matçında İordaniya və Qətər yığmaları üz-üzə gəliblər.

Qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu komanda hər üç qolu penaltidən vurub. Əkrəm Afif 22, 73 və 90+5-ci dəqiqələrdə 11 metrlik zərbələri dəqiq yerinə yetirib.

Tarixində ilk dəfə finalda oynamaq hüququ qazanmış İordaniya yığmasında isə Yazan Əl-Naimat (67) fərqlənib.

Shares: