Kürdəmir Olimpiya İdman Kompleksində 15 yaşlı güləşçilər arasında sərbəst və yunan roma növü üzrə ölkə birinciliyinin zona mərhələsi keçirilib. Yarışın birinci günündə sərbəst güləşçilər, ikinci günündə isə yunan-Roma güləşçiləri öz güclərini sınayıblar.
Yarışlarda Kürdəmir rayonu ilə bərabər ölkənin 20-yə yaxın rayon və şəhər komandaları iştirak edib. Yarışda yer tutan idmançılar ölkə birinciliyinin finalına vəsiqə qazanıblar.