Lyuis Həmiltonun gələn ildən etibarən “Ferrari”də çıxış edəcəyi “Mersedes” komandasında vakant yer yaradıb. Hazırda həmin yeri kimin tutacağı məlum deyil. Almaniya komandası ilə yanaşı bir çox pilotun adı hallanır.
Komandanın rəhbəri Toto Volf Həmiltonun yerinə namizədlər barədə danışıb: “Biz artıq bir neçə varianta nəzər tyetirmişik. İmkanlarımızın geniş olması bizi sevindirir. Qərar qəbul edərkən cəsarətli olacağıq.
Kimi Antonelli? Bəli, onu da nəzərdən keçirmişik. Təsəvvür edin ki, telefonuma bir neçə pilotdan komandamıza qatılmaq istəyi ilə bağlı mesaj gəlib. Bu səbəbdən də tələsməyəcəyik.
Fikrimcə, seçim edərkən yaşa fikir verilməyəcək. Həm gənc və perspektivli, həm də təcrübəsi çox olan pilotlar haqqında düşünəcəyik. Buna görə də məsələnin necə yekunlaşacağı mənim üçün də maraqlıdır”.