Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən baş tutan ilk iki oyunu maraqlı statistikalarla əlamətdar oldu. Hər iki halda rəqəmlər qaliblərin adı ilə bağlıdır.

Futbolinfo.az xəbər verir ki, Almaniyada 1:0 hesabı ilə qalib gələn “Real” xeyli əziyyət çəkdi. Çünki “Leypsiq” qarşılaşma ərzində 9 dəfə madridlilərin qapısına dəqiq zərbə endirdi, lakin qələbəyə nail olmadı. Bu, “Real”ın başına gələn 3-cü hadisədir. “Mançester Siti” və “Liverpul” 2022-ci ilin mayında 9 dəfə İspaniya klubunun qapısına zərbə endirmiş, amma məğlub olmuşdu.

Digər önəmli statistika isə “Mançester Siti”nin adı ilə bağlıdır. “Şəhərlilər” Danimarkada “Kopenhagen”ə 3:1 hesabı ilə qalib gələrək unikal göstəriciyə imza atdı. İngiltərə klubu Çempionlar Liqası tarixində ardıcıl 7 oyunda 3+ qol vuran ilk kollektiv oldu.

Shares: