Aleks Sandro “Yuventus”dan ayrıla bilər. Braziliyanın “İnternasional” klubu cinah müdafiəçisini vətənə qaytarmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı oyunçu bu keçidin əleyhinə deyil. Turinlilər onunla yeni müqavilə bağlamaq istəmədiyindən, Sandro mövsüm bitən kim klubunu dəyişəcək.

2011-ci ildə Avropaya gələn Aleks ilk olaraq “Portu”da çıxış edib. “Yuventus” 9 il öncə portuqaliyalılara 28 milyon avro ödəyərək braziliyalını heyətinə qatmışdı.

Shares: