Misli Premyer Liqasının 22-ci turunda “Qarabağ”a qarşı keçirilən matçda zədələnən “Sabah”ın futbolçuları Jarl Marqarita və Vinsent Tilin durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən futbolinfo.az-a verilən məlumata görə, Marqaritanın durumu yaxşıdır və o, artıq komanda ilə məşqlərə başlayıb. Til isə növbəti oyunu buraxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sabah” oyunu 3:3 hesabı ilə başa çatıb.