Amerikanın Kanzas şəhərində yerli “Kanzas Siti Chiefs” komandasının Superboulda qələbəsindən sonra keçirilən bayram paradı zamanı oyunçuları gətirəcək avtobusun keçəcəyi “Union Station”ın dayanacağının yanında atışma olub.

Şəhər polisinin verdiyi məlumata görə, atışma zamanı azı 22 nəfər güllə yarası alıb. Onlardan 8 nəfəri universitet xəstəxanasında müalicə olunur, ikisinin vəziyyəti ağır, altısının vəziyyəti isə stabildir. Küçədəki qarışıqlıq nəticəsində xəsarət alan 4 nəfər də xəstəxanaya aparılıb.

Xəstəxananın açıqlamasına görə, müalicə olan 12 pasientdən 11-i uşaqdır. Onlardan 9-u güllə yarası alıb. Kanzas şəhərinin polis rəisi Steysi Qreyves mətbuat konfransında verdiyi açıqlamasında üç silahlı şəxsin həbs edildiyini bildirib. Hazırda onlarla bağlı araşdırma aparılır.

Xatırladaq ki, “Kanzas Siti Chiefs” bazar günü keçirilən final oyununda qalib gələrək ardıcıl ikinci dəfə çempion olmuşdu.

Shares: