Azərbaycan avarçəkmə yığması məşqlərini Mingəçevirdə davam etdirir. İdmançılar gündə iki dəfə – səhər və axşam hazırlıq keçirlər.
Hazırlıqda həm akademik, həm də kayak və kanoe üzrə komandalar iştirak edir. Təlim-məşq toplanışları iki yöndə təşkil edilir. İdmançılar suda təcrübə və taktiki-texniki məşq edir. Konsepsiya zallarında trenajor alətlərində keçirilən məşqlər də avarçəkənlər üçün vacibdir. İdmançılar burada fiziki göstəricilərin yüksəldilməsi yönündə çalışırlar.
Qeyd edək ki, milli komandamızın üzvləri qarşıdakı aylarda Türkiyə və Slokaviyada təşkil olunacaq beynəlxalq turnirlərdə mübarizə aparacaqlar.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR