“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında 22-ci tur oyununa çıxıb. Komanda evdə “Farense” ilə qarşılaşıb. Matç “Braqa”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda “Braqa” 43 xalla 4-cüdür. Artur Jorjenin komandası lider “Benfika”dan 12 xal geri qalır.
Qeyd edək ki, “Braqa” növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçirəcək. Fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab görüşü saat 21:45-də başlayacaq. Bu komandalar arasında Portuqaliyada keçirilən ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Braqa” – “Farense” 2:1
Qollar: Banza, 62, Ndour, 85 – Belloumi, 74.