Milli Basketbol Assosasiyasının ənənəvi “Ulduzlar oyunu” baş tutub. Görüşdə 211:186 hesabı ilə Şərq Konfransının yığma komandası qələbə qazanıb. Bununla da, “Ulduzlar oyunu”nda toplanılan xallara görə rekord qeydə alınıb.
Qarşılaşmanın ən məhsuldar oyunçusu Qərb komandasının mərkəz basketbolçusu Karl Antoni Taunz olub. Onun aktivində 50 xal var. Daha 4 nəfər 30 xaldan artıq toplaya bilib. Lillard 39, Braun 36, Halibörton 32, Aleksander 31 xalla oynayıb.
Lillard görüşün MVP-si seçilib. Xatırladaq ki, bir gün əvvəl “Miluoki Baks”ın ulduzu üçxallıq atışlar müsabiqəsinin də qalibi olmuşdu.
Keçən il “Ulduzlar oyunu”nun qalibi Yannis Antetokumbonun komandası olmuşdu. Ceyson Teytum isə görşün MVP-si seçilmişdi.