Almaniyanın “Bayern” klubu 9 ildən sonra antirekordunu təkrarlayıb. Bu, Münhen təmsilçisinin XXII turda səfərdə “Bohum”a 2:3 hesabı ilə uduzması sayəsində reallaşıb.
Bu, Tomas Tuxelin baş məşqçilik etdiyi kollektivin ardıcıl üçüncü məğlubiyyətidir. Əvvəlki turda “Bayer”ə yenilən (0:1) komanda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin İtaliyadakı ilk görüşündə “Latsio”ya fa eyni hesabla uduzub.
Qeyd edək ki, hazırkı ölkə çempionu sonuncu dəfə 2015-ci ilin mayında 3 rəsmi qarşılaşmada məğlub olub.