Azərbaycan millisinin üzvü Rahil Məmmədovun da formasını geyindiyi LKS baş məşqçisi Pyotr Stokovetslə yolları ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lodz təmsilçisi ötən ilin oktyabrından bu postda olan mütəxəssisə təşəkkür edib və ona uğurlar arzulayıb.

Polşa çempionatının turnir cədvəlində 10 xalla sonuncu – 18-ci olan komandanın yeni baş məşqçisi də müəyyələşib. LKS 2-ci komandaya rəhbərlik edən Marçin Matsiaka tapşırılıb.

Shares: