Tomas Tuhel “Bayern”in baş məşqçi postundan ayrılacaq. Alman mütəxəssis mövsüm bitən kimi Münhen klubunu tərk etmək qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə həm klub, həm də çalışdırıcı özü açıqlama verib. Tərəflər son vaxtlar davam edən uğursuzluqların yekunu olaraq belə qərar verib.
Ötən ilin martından “Bayern”ə rəhbərlik edən Tuhel komandanı çətinliklə Almaniya çempionu etmişdi. Amma cari mövsüm uğursuz davam etdiyindən, rəhbərlik və məşqçi yayda bitəcək anlaşmanı uzatmamaq qərarına gəlib.