Dünya tennisinin 2 nömrəsi Karlos Alkarasın zədəsi ciddi olmayıb. İspan idmançı tibbi müayinədən çıxıb, nəticə onun üçün uğurlu olub.

“Pəncəmi MRT etdilər. Xoşbəxtlikdən ciddi bir şey yoxdur. Bağların 2-ci dərəcəli dartılmasıdır. Bu isə bir neçə günlük istirahət məcburiyyəti deməkdir. Las-Veqas və İndian-Velsdə görüşərik”, – deyə ispan tennisçi sosial şəbəkə hesabında qeyd edib.

Beləliklə, Karlos Alkaras martın 3-də Las-Veqasda Rafael Nadalla oyuna çıxa biləcək.

Xatırladaq ki, gənc tennisçi Braziliyadakı turnirdə oyunda zədələnmişdi. Monteyro ilə qarşılaşmanın 2 geymindən sonra yeriməkdə çətinlik çəkən tennisçi oyunu yarımçıq dayandırmışdı.

Shares: