Martın 20-dən 31-dək Mayamidə (ABŞ) keçiriləcək “Masters” seriyalı turnirdə iştirakçıların ilkin heyəti məlum olub.
İştirak ərizəsinə dünyanın birinci raketka ustası serb Novak Cokoviç başçılıq edir. Kişilərin turnirində dünya reytinqdə ilk 76 yerdə olan tennisçi avtomatik olaraq iştirak etmək hüququna malikdir.
Bir neçə tennisçi isə müdafiə olunmuş reytinqlə iştirak edə bilər. Bu hüquqdan istifadə edənlər arasında tanınmış tennisçilər var. İtaliyalı Matteo Berrettini (129), kanadalılar Miloş Raoniç (222) və Denis Şapovalov (121) qorunan reytinqdən istifadə etməklə yarışlarda iştirak edəcəklər.
Novak Cokoviç 2019-cu ildən bəri ilk dəfə Floridadakı turnirə qatılacaq. Serbiyalı tennisçi 6 dəfə bu turnirin çempionu olub.