“Bayern”in baş məşqçisi olmağa namizədlərin sayı gündən-günə artır. Tomas Tuhelin mövsüm bitən kimi Münheni tərk edəcəyinin açıqlanmasından sonra müxtəlif məşqçilərin adı hallanır.
Futbolinfo.az xəbər verir ki, Unay Emerinin də adı siyahıya düşüb. “Kicker”in yazdığına görə, ispan mütəxəssis almanların ciddi maraq göstərdiyi mütəxəssislərdəndir. Onun hazırda “Aston Villa”da gördüyü iş klub rəhbərliyinin diqqətini çəkib. Yayda ona da rəsmi təklif göndəriləcək.
2022-ci ilin yayından Birmingem təmsilçisində çalışan Emeri daha öncə “Vilyarreal”, “Arsenal”, PSJ, “Sevilya”, “Valensiya” kimi klublarda çalışıb.