“Mançester Yunayted”in yeni sahiblərindən olan Cim Ratkliff yeni planlarından söz açıb. O, klubu daha yaxşı inkişaf etdirmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Ratkliff baş məşqçi Erik ten Haqla bağlı dəqiq söz deməyib: “Son 11 ildə “Mançester Yunayted”də çox məşqçi dəyişib. Amma durum elədr ki, kimsə uğur qazana bilmədi. Deməli, problem məşqçilərdə deyil, klubdakı mühitdədir. Məşqçini yox, vəziyyəti dəyişməliyik”.
Ratkliff azarkeşlərin uzun müddət səbr etməyəcəyini bilir: “Ona görə də öncə 3 illik plan əsasında çalışmalı, komandanı pillə-pillə inkişaf etdirməliyik. Gələn il “Mançester Siti”nin ötən mövsüm “Real”a qarşı oynadığı kimi əla futbol oynayacağımıza söz vermirəm. Amma zamanla ən yaxşısını bacarmalıyıq”.
Klub rəhbəri “Siti”nin qalmaqallara görə cəzalanmasını istəmir: “Maliyyə pozuntularına görə suçlamalardan xəbərdaram. Əzəli rəqibimizin bu şəkildə sıradan çıxmasını arzulamıram. Onlar meydanda əzmək istəyirəm”.