Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Pley-offda “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə bu raunda vəsiqə qazanan “Qarabağ” da püşkatmada təmsil olunacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək püşk mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Bu mərhələdə pley-offun qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq.
Ağdam klubunun 8 potensial rəqibi aşağıdakılardır:
“Atalanta” (İtaliya)
“Bayer” (Almaniya)
“Brayton” (İngiltərə)
“Vest Hem” (İngiltərə)
“Vilyarreal” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Reyncers” (Şotlandiya)
“Slaviya” (Çexiya)
Qeyd edək ki, Avroliqada 1/8 finalın ilk oyunları martın 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.