“Qarabağ”ın Avropa Liqasındakı uğuru qitə klublarının da diqqətini çəkib. Ağdam klubunun bir neçə oyunçusu ciddi şəkildə izlənilir.

Legionerlərinə hər zaman diqqət yetirilən “Qarabağ”ın yerli futbolçularına da maraq var. Bu baxımdan Bəhlul Mustafazadəyə daha böyük klublar diqqət göstərir. Təsadüfi deyil, “Braqa” ilə hər iki oyunda millimizin müdafiəçisi hədəfdə olub.

“Futbolinfo”nun əldə etdiyi məlumata görə, bir neçə klubun maraq göstərdiyi Bəhlul, Yunanıstan PAOK-unun izlədiyi futbolçudur. Amma Mustafazadəni daha çox “Betis” maraqlandırır. İspaniya klubunun nümayəndələri Portuqaliyadalı matçı canlı, Bakıdakı görüşü də televiziya vasitəsi ilə izləyib. Onlar daha əvvəl də seyr etdiyi futbolçuya mövsümün qalan hissəsində də diqqət yetirəcək və ümidləri doğrulsa, yayda rəsmi təklif göndərəcəklər.

Yayda “Qarabağ”la müqaviləsi başa çatacaq Bəhlul, yəqin ki, bu səbəbdən hələ yeni anlaşma imzalamayıb. Avropadan ciddi təklif gələcəyi halda, ağdamlılar onun gedişinə şərait yaradacaq, əks halda Mustafazadənin növbəti seçimi də məhz “Qarabağ” olacaq.

“Betis” futbolsevərlərimizə tanış klubdur. Vaxtilə Vəli Qasımov məhz bu klubun formasını geyib. spaniyanın digər klublarında oynamış başqa bir milli üzvümüz isə Eddi İsrafilovdur.

Shares: