Kepa Arrisabalaqa durumundan məmnun deyil. “Real”da əsas heyətdəki yerini itirən qapıçı milli komandadan da kənar qalacağını bilir.

Futbolinfo.az xəbər verir ki, zədəli Tibo Kurtuanın yerinə Madrid klubuna gələn qolkiper, belçikalının geri dönüşü ilə 3-cü qapıçıya çevriləcək. Çünki Anfrey Lunin inamlı təsir bağışlayır və əsas heyətdə möhkəmlənib. Noyabrda aldığı zədədən sonra özünə gələ bilməyən Kepa isə müqavilə ilə 2025-ci ilədək bağlı olduğu “Çelsi”yə qayıdacaq.

29 yaşlı qolkiper Londona dönüşünə görə məyusdur. İspan əlcək sahibi orada da “bir nömrə” sayılmır. Bu gedişlə Arrisabalaqa milli komandanın heyətində Avropa Çempionatına yollana bilməyəcək. Son vaxtlar dəvət almayan Kepa taleyi ilə barışıb.

Shares: