Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Portuqaliya “Braqa”sını mübarizədən kənarlaşdırdığı gündə Türkiyə çempionu “Qalatasaray” Praqa “Sparta”sına uduzaraq Avroliqa ilə vidalaşıb.

İki oyunun nəticəsinə görə rəqiblərindən üstün olan “Frayburq”, “Milan”, “Benfika”, “Olimpik” (Marsel, Fransa), “Sportinq” və “Roma” da 1/8 finala vəsiqə qazanıblar.

Avropa Liqası
Pley-offun cavab oyunları

22 fevral

Frayburq (Almaniya) – Lans (Fransa) 3:2 (ilk oyun 0:0)
Qollar: Sallai, 67; 90+2. Qreqoriç, 99 – Da Kosta, 28. Vahi, 45+2.

Qarabağ (Azərbaycan) – Braqa (Portuqaliya) 2:3 (4:2)
Qollar: Mateus Silva, 102. Nəriman Axundzadə, 120+2 – Rocer Fernandes, 70. Alvaro Djalo, 83. Simon Banza, 115-pen.

Renn (Fransa) – Milan (İtaliya) 3:2 (0:3)
Qollar: Buriqe, 11; 54-pen; 68-pen – Yoviç, 22. Leao, 58.

Tuluza (Fransa) – Benfika (Portuqaliya) 0:0 (1:2)

Roma (İtaliya) – Feyenoord (Niderland) 1:1, penaltilər 4:2 (1:1)
Qollar: Pelleqrini, 15 – S.Ximenes, 5.

Sparta (Praqa, Çexiya) – Qalatasaray (Türkiyə) 4:1 (2:3)

Olimpik (Marsel, Fransa) – Şaxtyor (Donetsk, Ukrayna) 3:1 (2:2)
Qollar: Obameyanq, 23. Sarr, 74. Kondoqbia, 81 – Sudakov, 12-pen.

Sportinq (Portuqaliya) – Yanq Boyz (İsveçrə) 1:1 (3:1)
Qollar: Qyokeres, 13 – Qanvula, 84-pen.

Shares: