Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
Futbolinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa”nı keçməsi nəticəsində mümkün olub.
Ağdam təmsilçisi evdə 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gələrək, 1/8 finala yüksəlib. Bu, ölkə reytinqinə daha 0,250 xalın əlavə olunmasına yol açıb. Ümumi xal sayını 19.875-ə çatdıran ölkəmiz 27-ci pillədəki mövqeyini möhkəmlədib. Cari mövsümdə toplanan əmsal isə 5,625-dir.
Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,614) ikinci, İtaliya (84.855) isə üçüncü pillədə qərarlaşıb.