Bəhreyndə Formula 1-in mövsümöncəsi testlərinin ikinci günü başa çatıb. Axşam sessiyasında ən yaxşı nəticəni “Ferrari” pilotu Karlos Sayns göstərib. “Red Bull” komandasının sürücüsü Serxio Peres protokolun ikinci pilləsində qərarlaşıb. İlk üçlüyü “Mercedes” komandasının sürücüsü Lyuis Həmilton tamamlayıb.
Qeyd edək ki, Sayns ən yaxşı vaxtını daha yumşaq C4 təkər dəstində göstərib. Daniel Rikkardo da bu təkərlərdən istifadə edib. Digər liderlər nəticələrini daha sərt C3 təkərlərində göstəriblər.
Axşam sessiyasının tam nəticələri belədir:
1. Karlos Sayns (Ferrari) – 1,29,921 (84 dövrə).
2. Serxio Peres (Red Bull) +0,758 (129).
3. Lyuis Həmilton (Mercedes) +1,145 (123).
4. Lando Norris (McLaren) +1,335 (52).
5. Daniel Rikkardo (RB) +1,440 (88).
6. Şarl Lekler (Ferrari) +1,829 (44).
7. Lens Stroll (Aston Martin) +2,108 (96).
8. Esteban Okon (Alpin) +2,140 (78).
9. Valtteri Bottas (Steak) +2,306 (97).
10. Oskar Piastri (McLaren) +2,407 (35).
11. Loqan Sarcint (Williams) +2,657 (117).
12. Fernando Alonso (Aston Martin) +3,132 (31).
13. Quanyu Çjou (“Steak”) +3,794 (38).
14. Pyer Qasli (Alpin) +3,883 (33).
15. Kevin Maqnussen (Haas) +6,690 (93).
16. Niko Hülkenberq (Haas) +7,588 (31).
17. Yuki Tsunoda (RB) +8,153 (40).