Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edib.
Futbolinfo.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) oyununda iş başında olub.
Ağayevə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.
Bolqarıstanda keçirilən görüşdə qonaq İsveçrə təmsilçisi 1:0 hesablı qələbə qazanaraq (ilk oyun – 0:0) növbəti mərhələyə yüksəliblər.
Əliyar bu oyunda hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.