Serxio Aquero yenidən yaşıl meydanlara dönə bilər. Ürək problemləri üzündən 2022-ci ildə karyerasını bitirməyə məcbur olan argentinalı hücumçudan xoş xəbər var.
Futbolinfo.az xəbər verir ki, kardioloqlar problemin arxada qaldığını, Aqueronun yenidən futbol oynaya biləcəyini deyib. “Barselona”da qısa müddət oynadıqdan sonra karyerasını bitirməyə məcbur olan 35 yaşlı forvard qərarını özü verməlidir.
Serxionun karyerasını bərpa etməsini gözləyən klub “İndependyente”dir. Aquero karyerasını burada başlayıb, üstəlik komandaya hazırda daha bir tanınan hücumçu Karlos Teves baş məşqçilik edir.