Zinəddin Zidan bir gün İtaliyaya qayıdacağını istisna etmir. “Real”dan ayrıldıqdan sonra heç yerdə işləməyən, amma az qala hər boş posta namizəd sayılan məşqçi hazırda başqa işlərlə məşğuldur.

Futbolinfo.az xəbər verir ki, uzun illər “Yuventus”da oynamış Əlcəzair əsilli fransalı taliya mətbuatına müsahibəsində dönüşünü istisna etməyib: “Bir gün İtaliyaya qayıdışım mümkündür. Məşqçi skamyası üçün darıxmağa başlayıram. İndi başqa işlərlə məşğulam, amma yenidən futbolda ola biləcəyim istisna deyil”.

2016-2018 və 2019-2021-ci illərdə iki dəfə “Real”ın baş məşqçisi olmuş sabiq yarımmüdafiəçi 1996-2001-ci illərdə “Yuventus”da oynayıb.

Shares: