Avstriyanın “Red Bul” konserni komandanın icraçı direktoru Kristian Hornerə qarşı yürüdülən ittihamı rəsmi şəkildə ləğv edib. Hornerin üzərindən bütün ittihamlar götürülüb və o, komandaya rəhbərliyini davam etdirəcək.

Xatırladaq ki, bu ayın əvvəlində, komandanın qadın əməkdaşlarından biri Kristiana qarşı ittiham irəli sürmüşdü. Qadının sözlərinə görə, direktor ona əxlaqsız mesajlar göndərmişdi. “Red Bull” müstəqil hüquqşünas dəvət edərək daxili araşdırmaya başlamışdı. Hornerin özü isə bütün ittihamları rədd etmişdi.

Qalmaqala baxmayaraq, Horner komandanın mövsümə hazırlığında iştirak edirdi. Keçən həftə o, Bəhreyndəki testlərə təşrif buyurduqdan sonra, Milton-Kinsdə yerləşən bazada da görünmüşdü.

Shares: