Yulian Naqelsmana daha bir müştəri var. Almaniya millisinin baş məşqçisi Avropa Çempionatından sonra İngiltərədə işləyə bilər.

Futbolinfo.az xəbər verir ki, yığma ilə müqaviləsi yaydakı qitə birinciliyindən sonra başa çatacaq mütəxəssisin postunda qalmaq ehtimalı azdır. Bu səbəbdən bəzi klublar onunla danışıqlara başlayıb.

Daha oncə “Hoffenhaym”, “Leypsiq” və “Bayern”də çalışmış 36 yaşlı mütəxəssisi Dortmund “Borussiya”sı istəyir. Amma Naqelsman Bundesliqaya dönmək istəmir. Onun üçün “Nyukasl”dan sərfəli təklif gəlib. Baş məşqçisi Eddi Haunu dəyişmək istəyən “sağsağanlar” yayda arzusuna çatmaq üçün növbəti cəhd edəcək.

Shares: